U-21-in oyunu canlı yayımlanacaq

14 Avqust 2012 10:59 (UTC+04:00)

21 yaşadək futbolçulardan ibarət Azərbaycan və Estoniya yığma komandaları arasında avqustun 15-də, AFFA Futbol Mərkəzindəki "Dalğa Arena"da keçiriləcək yoldaşlıq oyunu canlı yayımlanacaq. Siasport.az saytının məlumatına görə, qarşılaşma affatv.az saytı vasitəsilə efirə veriləcək. Oyun saat 20:00-da başlayacaq.