"Kitabxanalar ili" elan edilib

13 Avqust 2012 14:06 (UTC+04:00)

Neftçala Rayon İcra Hakimiyyətinin sərəncamı ilə 2012-ci il rayonda "Kitabxanalar ili" elan edilib. Sərəncama əsasən rayon mədəniyyət və turizm şöbəsi 2012-ci ilin "Kitabxanalar ili" elan edilməsi ilə əlaqədar geniş tədbirlər planı hazırlayıb. SİA-nın xəbərinə görə, tədbirlə bağlı qəsəbə və kənd ərazi nümayəndələrinin iştirakı ilə təqdimat mərasimlərinin keçirilməsi, mərkəzləşdirilmiş kitabxana sisteminin informasiyalaşdırılması, fondun yeni nəşrlər və müasir informasiya daşıyıcıları ilə kompleksləşdirilməsi, kitabxana fondunda olmayan ədəbiyyat və informasiyaların elm sahələri üzrə elektron variantının hazırlanması, rayon mərkəzləşdirilmiş kitabxana sisteminin bir filialında elektron kitabxananın yaradılması, yeni kitabların təqdimatı və digər məsələlərin təşkili nəzərdə tutulub.

Qeyd edək ki, 22 bənddən ibarət olan tədbirlər planında nəzərdə tutulan məsələlər həyata keçirildikcə kitabxanalar müasirləşməklə yanaşı, zənginləşəcək, oxucular üçün daha cəlbedici olacaq. Bununla yanaşı, rayon sakinlərinin müasir ədəbiyyatın təmsilçiləri, mədəniyyətin və elmin inkişafı ilə bağlı ətraflı məlumat bazası ilə tanış olmaq imkanları genişlənəcək.