Prezident qəzaya uğradı

11 Avqust 2012 12:00 (UTC+04:00)

Türkmənistan prezidenti Qurbanqulu Berdımuhammedovun olduğu avtomobil karvanı Türkiyənin İzmir şəhərində qəzaya düşüb. SİA-nın türk mətbuatına istinadən xəbərinə görə, karvanda olan 6 maşın zəncirvari şəkildə bir-birilə toqquşub. Qəza nəticəsində 6 avtomobil xəsarət allsa da, Türkmənistan prezidenti Qurbanqulu Berdımuhammedov xəsarət almayıb. Onun maşın karvanına daxil olan bir neçə şəxs isə yüngülcə xəsarət alıb.

Qeyd edək ki, Qurbanqulu Berdımuhammedov Türkiyədə 2 günlük rəsmi səfərdədir. O, ötən gün Türkiyə prezidenti Abdulla Güllə İzmirə gələrək Çeşmədə yerləşən sörfinq məktəbini ziyarət edib.