“Mənim Yeni Blogum”

10 Avqust 2012 13:14 (UTC+04:00)

"Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi yeni layihəsini təqdim edir. "Mənim Yeni Blogum" adlı layihə bir ay davam edəcək. Birlikdən SİA-ya verilən məlumata görə, məqsəd iştirakçılara təlimlər vasitəsilə bloq, onun əhəmiyyəti, hüquqi statusu haqqında məlumat vermək , eyni zamanda bloqun yaradılması və dizaynını öyrətməkdir.

Məlumat üçün bildirək ki, təlimlərdə iştirak etmək üçün "Miras" üzvlərindən 15 nəfərin seçilməsi nəzərdə tutulur. İştirak etmək üçün aşağıdakı ərizə formasını doldurub mirasitgroup@gmail.com ünvanına göndərə bilərsiniz.

Qeyd edək ki, iştirakçılara sertifikat və diplomlar veriləcək.