Yuliya Ratkeviç olimpiadaya qələbə ilə başladı YENİLƏNİB

9 Avqust 2012 17:30 (UTC+04:00)

Azərbaycanın qadın güləşçisi Yuliya Ratkeviç olimpiadada mübarizəyə başlayıb. Siasport.az saytının məlumatına görə, 55 kq çəki dərəcəsində yarışan qadın pəhləvanımız çıxışına 1/8 finaldan start verib. O, Yunanıstan təmsilçisi Mariya Prevolaraki ilə üz-üzə gəlib. Güləşçimiz rəqibi məğlub edərək, 1/4 finala vəsiqə qazanıb. Təmçilçimiz Yunanıstan idmançısından 2:0 və 1:0 hesabı ilə üstün olub.

Yuliya 1/4 finalda Saori Yoshida (Yaponiya) ilə münasibətlərə aydınlıq gətirəcək.