Azərbaycan Premyer Liqasının II turunun "Qəbələ" - "İnter" oyunu bu komandalar arasında 19-cu duel olacaq. Siasport.az saytının məlumatına görə, avqustun 10-dakı görüşə qədər "Qəbələ" 18 dəfə paytaxt təmsilçisi ilə görüşüb. Bu qarşılaşmaların 16-sı çempionat, 2-si kubok çərçivəsində baş tutub. Ümumi balans "Qəbələ"nin xeyrinə deyil. Belə ki, "İnter"lə oyunlarda 3 qələbə və 6 heç-heçəyə nail olan "Qəbələ" 9 dəfə məğlub olub. Top fərqi də bakılıların xeyrinədir – 13:28.
Lakin rəqiblərin 10-cu dəfə üz-üzə gələcəyi "Qəbələ"nin meydanında tarazlıq var. Komandalar hərəyə 3 dəfə qalib gəlib və 3 dəfə bərabərliklə ayrılıblar. Top fərqində isə "Qəbələ" cüzi üstünlüyə malikdir – 7:6. Qələbə sayındakı tarazlığı pozmaq şansı yaranıb. Son 2 ev oyununda "İnter"ə uduzmayan "Qəbələ", bu uğurlu seriyanı da davam etdirməyə çalışacaq.
|
2006/07 |
05.08.2006 |
Premyer Liqa |
Gilan (Qəbələ) - İnter (Bakı) |
0:0 |
|
2006/07 |
12.02.2007 |
Premyer Liqa |
İnter (Bakı) - Gilan (Qəbələ) |
2:0 |
|
2007/08 |
02.12.2007 |
Premyer Liqa |
Qəbələ - İnter (Bakı) |
2:1 |
|
2007/08 |
28.05.2008 |
Premyer Liqa |
İnter (Bakı) - Qəbələ |
4:0 |
|
2008/09 |
30.08.2008 |
Premyer Liqa |
İnter (Bakı) - Qəbələ |
1:1 |
|
2008/09 |
07.03.2009 |
Premyer Liqa |
Qəbələ - İnter (Bakı) |
0:1 |
|
2008/09 |
29.04.2009 |
Azərbaycan kuboku, 1/2 final |
İnter (Bakı) - Qəbələ |
5:0 |
|
2008/09 |
06.05.2009 |
Azərbaycan kuboku, 1/2 final |
Qəbələ - İnter (Bakı) |
2:0 |
|
2009/10 |
26.09.2009 |
Premyer Liqa |
İnter (Bakı) - Qəbələ |
3:2 |
|
2009/10 |
24.12.2009 |
Premyer Liqa |
Qəbələ - İnter (Bakı) |
0:1 |
|
2009/10 |
10.04.2010 |
Premyer Liqa |
Qəbələ - İnter (Bakı) |
1:1 |
|
2009/10 |
15.05.2010 |
Premyer Liqa |
İnter (Bakı) - Qəbələ |
4:1 |
|
2010/11 |
19.09.2010 |
Premyer Liqa |
Qəbələ - İnter (Bakı) |
0:1 |
|
2010/11 |
13.11.2010 |
Premyer Liqa |
İnter (Bakı) - Qəbələ |
0:0 |
|
2011/12 |
23.10.2011 |
Premyer Liqa |
İnter (Bakı) - Qəbələ |
1:1 |
|
2011/12 |
11.12.2011 |
Premyer Liqa |
Qəbələ - İnter (Bakı) |
0:0 |
|
2011/12 |
24.03.2012 |
Premyer Liqa |
Qəbələ - İnter (Bakı) |
2:1 |
|
2011/12 |
22.04.2012 |
Premyer Liqa |
İnter (Bakı) - Qəbələ |
2:1 |