Rusiyalı general öldürüldü

8 Avqust 2012 11:42 (UTC+04:00)

Azad Suriya Ordusu bu gün rusiyalı general Vladimir Petroviç Kocayevin öldürüldüyünü bəyan edib. Kocayev Suriyada müdafiə nazirinin məsləhətçisi vəzifəsində çalışıb. Trend-in məlumatına görə, bu barədə "Əl-Ərəbiyyə" telekanalı xəbər yayıb.

Onun şəxsi tərcüməçisi Əhməd Aiqin də öldürüldüyü bildirilir. Azad Suriya Ordusu bəyan edib ki, Kocayevin öldürüldüyü xüsusi əməliyyat zamanı mühüm sənədlər və Suriya ordusunun xəritəsi aşkar olunub.

BMT-nin məlumatına görə, Suriyada münaqişə qurbanlarının ümumi sayı 17 min nəfəri keçib. 230 minə yaxın insan qaçqına çevrilib, üç milyondan çox insanın humanitar yardıma ehtiyacı var. Suriya hakimiyyəti isə bəyan edir ki, hakimiyyətə qarşı yaxşı silahlanmış yaraqlılar mübarizə aparır.