Ərəbistan şahzadəsi Olimpiadanın bürünc medalını qazandı

7 Avqust 2012 18:08 (UTC+04:00)

XXX Yay Olimpiya Oyunlarında atçılığın konkur növü üzrə komanda yarışlarının qalibləri bəlli olub. Siasport.az saytının məlumatına görə, yarışın final mərhələsində Hollandiya millisini tay-brekdə məğlub edən Böyük Britaniya komandası qızıl medala sahib çıxıb. Bürünc medalın sahibi Səudiyyə Ərəbistanının komandası olub.
Qeyd edək ki, yarışlarda Səudiyyə Ərəbistanının şahzadəsi Abdulla Əl-Saud da iştirak edirdi.

Aygün Osmanova