Liqaların iştirakçıları ilə görüş keçirilib

7 Avqust 2012 15:56 (UTC+04:00)

AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin əməkdaşları iyunun sonunda "Coca-Cola Məktəbli Kuboku", U-11Liqası, "Coca-Cola U-13 Liqası", U-14 Liqası, "Kapital Bank U-15Liqa", U-16 Liqası və "Azercell U-17 Liqa"nın bütün iştirakçı komandaları ilə yerlərdə görüşlər təşkil ediblər. Siasport.az saytının məlumatına görə, görüşlərdə 2012-13-cü il mövsümündə nəzərdə tutulmuş dəyişikliklərlə bağlı ətraflı məlumat verilib, qeydiyyat qaydaları müzakirə olunub.

Qeyd olunub ki, bu il ölkəmizdə FIFA qadınlararası dünya çempionatı keçiriləcəyi üçün liqalarda çıxış edən komandaların oyunçuları DÇ-nin oyunlarında azarkeş qismində iştirak edəcək və təşkilatı işlərə cəlb olunacaqlar. Bununla əlaqədar, adıçəkilən liqalarda 2012-13-cü il mövsümü 15.10.2012 - 15.06.2013-cü il tarixlərində keçiriləcək.

Komandaların xahişinə uyğun olaraq, 19 yaşadək futbolçulardan ibarət komandalar arasında "Bahar turniri"nin keçirilməsi də nəzərdə tutulur.