Onların qiymətini bilən tapıldı

6 Avqust 2012 14:59 (UTC+04:00)

Azərbaycan estradasının tanınmış müğənnisi Nüşabə Ələsgərli rejissorlardan danışıb. Əməkdar artist həmkarlarından fərqli olaraq xarici yox, azərbaycanlı rejissorlara üstünlük verdiyini söyləyib. SİA-ya açıqlama verən Nüşabə xanım, xarici ölkədə klip çəkdirən müğənnilərə də öz məsləhətlərini verib: "Mənim fikrimcə, Azərbaycanda yetərincə məkanlar və rejissorlar var. Sözügedən insanlarda çox maraqlı ideyalar var. Sadəcə həmin insanlardan istifadə etmək lazımdır. Azərbaycanlı klipmekirlər xarici rejissorlardan üstündürlər. Çünki hazırda müasir dövrdə yaşayırıq və komputer dövrüdür. Nə isə öyrənmək istədikdə internet vasitəsi ilə əldə edə bilirik. Xüsusi məktəb keçməyə ehtiyyac yoxdur. Bir sirri açıqlayım ki, özlərinə güvənən rejissorlar amerikanlı klipmekirlərdən öyrənirlər. Texnikamız zəif ola bilər. Ancaq rejissorlarımız yox. Odur ki, xarici ölkələrdə yox, öz vətənimizdə klip çəkdirsək daha yaxşı olar".