Cevat Güler: "Matçın bəzi anlarında “Xəzər Lənkəran” bizdən üstün oyun nümayiş etdirirdi"

6 Avqust 2012 09:41 (UTC+04:00)

"Azarkeşlərə, futbolçulara, məşqçilərə, hakimlərə - hamıya uğurlar arzulayıram. Rəqibimizin Avropa Liqasındakı oyunlarını izləmişdik. Ancaq cari mövsümdə Premyer Liqada ilk oyunumuz olduğu üçün çətin keçdi". Siasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan Premyer Liqasının I turunda "Xəzər Lənkəran"la heç-heçə edən "Rəvan" klubunun baş məşqçisi Cevat Güler deyib. O, komandasının oyununu qənaətbəxş hesab edib: "Erkən vurduğumuz qolu qoruya bilmədik. Matçın bəzi anlarında "Xəzər Lənkəran" bizdən üstün oyun nümayiş etdirirdi. Bu gün azarkeşlər daha gözəl oyun izləyə bilərdilər. Ancaq ilk qarşılaşma olduğu üçün bəzi çatışmamazlıqlar hiss olunurdu. İlk oyunda ötən mövsümün gümüş mükafatçısı ilə qarşılaşmadan bir xal ilə ayrılmaq da qənaətbəxş hesab oluna bilər. Rəqib komandaya uğurlar arzulayıram".