Georgi Çixradze: “Qəbələ” kimi rəqiblə oyunda heç-heçə bizim üçün yaxşı nəticədir"

4 Avqust 2012 23:01 (UTC+04:00)

Futbol üzrə Azərbaycan çempionatının ilk turunda "Qəbələ" səfərdə "Simurq"un qonağı olub. Siasport.az saytının məlumatına görə, gərgin idman mübarizəsində keçən oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb. Matç bitdikdən sonra hər iki komandanın baş məşqçisi qarşılaşma barədə fikirlərini bildiriblər:

Fatih Kavlak, "Qəbələ" klubunun baş məşqçisi: "Yeni mövsümdə hər kəsə uğurlar arzulayıram. İlk oyunda qalib gəlmək istəyirdik, lakin 1 qol vurmağımıza baxmayaraq, qapımızdan da bir qol buraxdıq. Baxımlı oyunun şahidi olduq, "Simurq" yaxşı komandadır".

Georgi Çixradze, "Simurq" klubunun baş məşqçisi: "İlk oyunlar münasibətilə hər kəsi təbrik edirəm. Çətin, amma yaxşı oyun oldu. Qapımızdan top buraxdıqdan sonra əzmkarlıq göstərib hesabda tarazlığı bərpa etdik. "Qəbələ" kimi rəqiblə oyunda heç-heçə bizim üçün yaxşı nəticədir".