Xalq artisti Siyavuş Aslandan xəbər var

4 Avqust 2012 15:06 (UTC+04:00)

Xatırladaq ki, Azərbaycanın xalq artisti Siyavuş Aslan qan dövranının kəskin pozulması diaqnozu ilə paytaxt xəstəxanalarının birinə yerləşdirilmişdi. Hazırda xalq artistinin vəziyyətinin yaxşı olduğu deyilir. Bu barədə SİA-ya açıqlama verən Siyavuş bəyin oğlu Çingiz Aslan məlumat verib. Onun sözlərinə görə, atası ev şəraitində müayinə olunur: "Atamın vəziyyəti yaxşıdır. Bu yaxınlarda istirahətə gedəcək. Onu da deyim ki, atama bu ağır zamanlarda sənət dostları arasında ən çox baş çəkən xalq artisti Firəngiz Mütəllimovadır".

Qeyd edək ki, həkimlər hazırda xalq artisti Siyavuş Aslanın səhhətində problem olmadığını və özünü yaxşı hiss etdiyini deyirlər.