Ölü sayı 128-ə çatdı

4 Avqust 2012 10:45 (UTC+04:00)

Suriyada ordu qüvvələrinin müxaliflərin sıx olduğu bölgələrdə təşkil etdiyi əməliyyatlarda ölənlərin sayı 128 nəfərə çatıb. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, Suriya İnsan Hüquqlarının qorunması təşkilatı bildirib ki, Suriyanın İdlib şəhərində 14, Hələbdə 20, Homsda 9, Dərədə 8 və digər bölgələrdə 7 nəfər olmaqla ümumilikdə ölənlərin sayı 128 nəfər təşkil edib.