Qalib olmaq istəyən gənclərə daha bir şans

2 Avqust 2012 17:19 (UTC+04:00)

Azərbaycan Gənclər Teatr Festivalı (Azerbaijan Youth Theatre Festival) çərçivəsində "Ekologiya Ətraf mühitin mühafizəsi haqqında" ssenarilər (pyes) qəbuluna start verilib. SİA-nın xəbərinə görə, iştirak üçün janr məhdudiyyəti yoxdur və qəbul avqust ayın 12-dək davam edəcək.

Yaradıcı gənclər və özünü sübüt etmək üçün gözəl şansdır. Bunun üçün gənclər ssenarini yazıb göndərməli, komanda hazırlamalı, tamaşa qoyaraq qalib gəlməli və 1-ci yer 3000 azn, 2-ci yer 2000 azn, 3-cü yer 1000 AZN qazanmalıdır. Layihə Gənclər və İdman Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, habelə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən keçirilir.

E-mail ünvanimiz: info@azytf.org
Ətraflı məlumat üçün (012) 562 36 39, (070) 399 36 39