Ötən ay BTC ilə 1 886 334 ton xam neft ixrac edilib

2 Avqust 2012 13:30 (UTC+04:00)

ARDNŞ-in Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2012-ci ilin iyul ayında Novorossiysk limanından 159 min 544 ton, Supsa limanından 315 min 319 ton, Ceyhan limanından 1 milyon 886 min 334 ton xam neft ixrac edib.

Şirkətin mətbuat xidmətindən bildiriblər ki, ümumilikdə yanvar-iyul ayları ərzində Novorossiysk limanından 1 milyon 144 min 949 ton, Supsa limanından 1 milyon 611 min 780 ton, Ceyhan limanından isə 12 milyon 238 min 525 ton xam neft ixrac olunub. ARDNŞ-in Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də ARDNŞ-ə məxsus xam neft həcmlərini əks etdirir.