Oğurlanan pulların böyük hissəsi Sarkisyana çatır
Ermənistandakı vəziyyət artıq dözülməz həddə çatıb. Ölkədə hakimiyyətdə özünə mövqe tutmuş və vəzifəsindən istifadə edərək milyardlar qazanan bir qrup zənginin özbaşınalığı xalqı təngə gətirib.
Xalqın mövcud iqtidara qarşı olan nifrətindən ölkənin müxalifət düşərgəsindəki qüvvələr yararlanmaq niyyətindədirlər. Son bir neçə ildə ilk dəfə olaraq birləşmək, bir araya gəlmək və Sarkisyan iqtidarına qarşı birlikdə duruş gətirmək, sonra isə onu devirməyin yollarını müzakirə etməyə başlayıblar.
Özbaşınalıq, iqtidardakıların sərhəd tanımayan həyasızlığı, ölkənin və xalqın olan-qalan sərvətinin qarət olunması, insanların ən təməl haqlarının kimlərinsə maraqlarına qurban verilməsi və o maraqların da sonradan cəmiyyətin mənafelərini üstələməsi artıq dözülməz həddə çatıb.
Oliqarx nazirlər ölkəni dağıdır
Ermənistan KİV-nin yaydığı məlumatda ölkənin borc batağında olduğu qeyd edilir. Cari ilin birinci yarısında Ermənistan beynəlxalq maliyyə qurumlarından və ayrı-ayrı dövlətlərdən 231,4 milyon ABŞ dolları həcmində borc alıb. Bununla da Ermənistanın xarici borcunun həcmi 3 milyard 700 milyon ABŞ dollarına çatıb.
Ölkəni tərk edənlərin sayı artır
İfrat yoxsulluqla mübarizədə çarəsiz qalan ermənilər çıxış yolunu ölkədən çıxıb getməkdə görürlər. "Haykakan Jamanak"ın yazdığı xəbərə görə, bu ilin ilk 6 ayında təkcə hava yolundan istifadə edərək təyyarə ilə Ermənistanı tərk edib, geri qayıtmayanların sayı 56 min nəfərdir.
"Məlumatlar ErmənistanınMülkiAviasiyaİdarəsi tərəfindən açıqlanıb. Bu ilin ilk yarısında təyyarə ilə ölkəni tərk edənlərin sayı keçən ilin eyni dövrü ilə müqayisədə daha da artıb. İyun ayında ölkəyə daxil olanların sayı, Ermənistanı tərk edənlərlə müqayisədə təxminən 13 min nəfər çox olsa da, mayda gedənlərin sayı artaraq təxminən 20 mindən də çox olub", deyə qəzet yazır.
Dövlət əleyhinə şüarlar
İyulun 22-də Ermənistanın Bürq rayonundakı hərbi hissənin əsgəri Asat Saradyanın dəfn mərasimdə dövlət əleyhinə şüarlar səsləndirilib. Valideynlər prezident Serj Sarkisyandan övladlarının hərbi hissələrdə qətlə yetirilməsinə, özbaşınalığa, korrupsiyaya son qoyulmasını tələb ediblər.
Helsinki Vətəndaş Assambleyasının (HVA) Vanadzor ofisindən verilən xəbərdə bildirilir ki, əsgər A.Saradyan mədəsindəki ağrılar və yemək yeyə bilməməsi ilə bağlı hərbi hissənin tibb məntəqəsinə dəfələrlə müraciət edibmiş. Lakin onu müayinə edib hərbi hospitala göndərmək üçün rüşvət tələb ediblər. Tələb olunan pulu vermək imkanında olmayan əsgər baxımsızlıq ucbatından daxili qanaxma nəticəsində ölüb.
HVA-nın apardığı araşdırmadan sonra məlum olub ki, qida çatışmazlığı nəticəsində əsgər A.Saradyanda mədə xorası əmələ gəlmişdir. Müalicə olunmadığı üçün onun yarası qanaxma vermiş və əsgər daxili qanaxmadan ölüb.
İran heç bir şeydən çəkinmir