"Sumqayıt" yeni futbolçu transfer etdi
21 İyul 2012 14:32 (UTC+04:00)
"Sumqayıt" klubu növbəti futbolçunu heyətinə qatıb. Siasport.az saytının məlumatına görə, ötən mövsümü "İnter"in heyətində keçirmiş 1992-ci il təvəllüdlü qapıçı Anar Məhərrəmovla ilkin razılıq əldə olunub. Hazırda komandanın heyətində Türkiyədə təlim-məşq toplanışında olan qolkiper ölkəyə qayıtdıqdan sonra rəsmi müqaviləyə imza atacaq.