“Liderliyə gedən yol” III tur Lerik Yay məktəbinə yekun vuruldu - FOTO

21 İyul 2012 13:50 (UTC+04:00)

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkilatçılığı ilə "Liderliyə gedən yol" gənc siyasətçilər üçün Lerik Yay məktəbi davam edir. SİA-nın məlumatına görə, iyulun 20-də Lerik Yay məktəbinin məsul şəxsi, YAP Binəqədi rayon Gənclər Birliyi İdarə Heyətinin üzvü Jalə Tofiqqızının təqdimatında "İdea → layihə → uğurlu nəticə" – bilik və bacarıqların inkişaf etdirilməsi mövzusunda menecment-treninq layihəsi keçirilib. Tədbirdə moderator ideya və layihə barədə məlumat verib. Layihənin formaları, srtukturu, formatı ilə bağlı gəncləri məlumatlandırıb. J. Tofiqqızı bildirib ki, layihənin hazırlanması gənclərin bilik və bacarıqlarının inkişaf etdirilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Məhz buna görə də intellektual potensiala malik olan gənclər bu cür elmi-nəzəri-praktik əhəmiyyət kəsb edən işlərə cəlb edilməkdə və bu sahədə önəmli nəticələr əldə olunmaqdadır.

Tədbirdə millət vəkili Aydın Mirzəzadə bildirib ki, bu layihənin keçirilməsini şərtləndirən əsas amillərdən biri hər il ənənəvi olaraq Yeni Azərbaycan Partiyası tərəfindən Azərbaycanın müxtəlif rayonlarına Yay məktəbinin təşkilidir. Yay məktəbində YAP-ın həm Bakı şəhəri üzrə, həm də region təşkilatları üzrə fəal gəncləri iştirak edir. \"Hazırlanan və təqdim olunan layihələr özündə kreativ məqamları ehtiva edir. Bu isə ona dəlalət edir ki, gənclər yenilikçi və yaradıcı ideya daşıyıcılarıdır. Təhsil, mədəniyyət və sağlam həyat tərzi kimi aktual məsələləri ehtiva edən istiqamətlərdə hazırlanan layihələr əhəmiyyətinə görə təqdirəlayiqdir və gənclərin intellektual potensialının zənginliyindən xəbər verir\",- deyə millət vəkili söyləyib.

Səmimi şəraitdə keçən bu görüş gənclərin böyük marağına səbəb olub. Layihə çərçivəsində gənclər arasında 4 qrup formalaşdırılaraq layihələr hazırlanması tapşırılıb. Gənclər \"YAP Gənclərinin siyasi liderlik məktəbi\", \"Azərbaycan günəbaxanlar layihəsi\", \"Dünya dövlətləri iqtidar partiyalarının gənclər birlikləri ilə yay məktəbinin təşkili\", \"Reproduktiv sağlamlıq\" mövzularında layihələr hazırlayıblar. Layihələrin təqdimatından sonra millət vəkili Aydın Mirzəzadə və moderator Jalə Tofiqqızı tərəfindən qiymətləndirmə aparılıb.

"Liderliyə gedən yol" gənc siyasətçilər üçün III tur Lerik Yay məktəbinə bu gün yekun vurulub.