Alman kəşfiyyatı və neonasist cinayətləri (II hissə)

19 İyul 2012 16:24 (UTC+04:00)

TBMM-in araşdırması böyük qalmaqal yaradıb


Türkiyə Böyük Millət Məclisi (TBMM) İnsan Haqları Araşdırma Komissiyası 2000-2006-cı illər arasında Almaniyada 8-i türk olmaqla 10 nəfərin neonasistlər tərəfindən öldürülməsi faktını araşdırıb. Cinayətlərdə radikal sağçı siyasətçilərin irqçi çıxışlarının əhəmiyyətli təsiri olduğu, kəşfiyyat və polis təşkilatının da laqeydlik və ya qəsdli yanaşmalarının olduğu vurğulanıb

Hazırlanan hesabatda təəccüblü, eyni zamanda istintaqın gedişində şübhəli təsbitlər yer alıb. Neonasist qrupların siyasi və ictimai təşkilatlardan məntiqi və fikri dəstək aldıqları qeyd edilib.

Alman hərbiçiləri terrorçulara təlimlər keçib

Hesabatda Almaniya Konstitusiyanı Qoruma Təşkilatı agentlərinin əllərindəki məlumatları polis orqanları bölüşməyərək, terror qrupunun tutulmasına mane olduğu, hətta cinayətlərə birbaşa və ya dolayı yolla kömək etdiyi ifadə olunub. Neonasist təşkilatlarına alman ordusunun mütəxəssisləri tərəfindən xüsusi təlimlər keçildiyi, ordunun qurduğu "Ehtiyatlar Birliyi" adlı qurumun, radikal sağçı Milliyyətçi DemokratikPartiyası(NPD) mənsublarına döyüş təlimi verdiyi iddiası irəli sürülüb. Hesabata görə, neonasistlər tərəfindən işlənən cinayətlərə kömək və himayədarlıq etdiyi üçün həbs olunan Andre adlı şəxsə aid mobil telefondakı məlumatların Federal Cinayət Dairəsinin 9 dekabr 2011 tarixli qərarı ilə silinməsi təlimatı verildiyi ortaya çıxıb.

Şübhələr daha da artır

Cinayətlərlə bağlı aparılan istintaq zamanı şahidlərin ifadəsi əsasında çəkilən fotorobotların uzun illərdən sonra tutulan şəxslərlə oxşarlığı isə polisin əlində o dövrdə şəxslərin kimliyi ilə bağlı məlumatların ola biləcəyi şübhəsini artırıb.

Cinayətdə şübhəli bilinən Uve Böhnhardtın 2000-ci ildə hələ cinayətlər törədilmədən öncə təhlükəsiz qüvvələrinin əlindən son anda xilas olduğu məlumatı da hesabatda yer alan digər əhəmiyyətli bir təsbitdir. Bundan başqa hesabatda Uve Mundlos və Uve Böhnnhardtın əslində intihar etmədiyi, tutulmaq üzrə olan qatillərin bütün bildiklərini ortaya çıxarmamaları üçün qətlə yetirildikləri də iddia olunub.

Fikirlər mənəvi və fiziki işgəncələrə çevrilir

Hesabatda Almaniyada radikal sağ fikirlərin getdikcə mənəvi və fiziki işgəncələrə, şiddət hərəkətlərinə çevrilməsinə diqqət çəkilib. Neonasist qruplarının ideya, məsləhət və dəstək aldıqları siyasi və ya ictimai qurumların bu cür hərəkətlərinin qarşısının alınması tələb olunub.

İrqçilik və əcnəbi düşmənçiliyinə qarşı qanuni tənzimləmələrin vacibliyi qeyd edilib. İctimai təşkilatlarda və polis orqanlarında alman olmayan, əcnəbi mənşəlilərə də yer verilərək radikal milliyyətçiliyin aradan qaldırılması vurğulanıb.

Hesabatda medianın hər törədilən cinayətdən sonra başlıqlara çıxardığı xəbərlər, iddialar, şərhlər cinayətlərə adları qarışan insanların ailələrində yaşanan psixoloji zədəni artırdığı ifadə edilib. Xəbərlərdə narkotik, mafiya, PKK, milliyyətçilər, xərac şəbəkəsi, qumar şəbəkəsi kimi müxtəlif iddialarla əcnəbilərin "təhlükəli və qorxunc" insanlar kimi göstərilməsinə diqqət çəkilib.

İstefalar davam edir

Bir neçə həftə öncə Konstitusiyanı Qoruma Təşkilatının rəhbəri Heinz Fromm türkləri öldürən neonasistlərin intiharı ilə bağlı istintaqda yaşanan axsaqlıqlar və məhv edilən sənədlər və dəlillər ucbatından istefa verib. Bir neçə gün sonra istintaqın nəticələri nəzərə alınaraq Konstitusiyanı Qoruma Təşkilatının Türingiya əyaləti üzrə rəhbəri Tomas Sippel də vəzifədən kənarlaşdırılıb. Hər iki şəxs cinayətlərin işləndiyi illərdə kəşfiyyat təşkilatının rəhbərliyində təmsil olunublar.

Almaniyada 2000-2006 illəri arasında 8-i türk olmaqla 10 adamın öldürülməsi ilə günahlandırılan radikal sağçı Nasyonal Sosialist Yeraltı adlı terror təşkilatı ilə əlaqədar cinayətlərin araşdırmasındakı səhvlərdən dolayı Saksonya Əyalətinin Konstitusiya Qoruma Təşkilatının rəhbəri Reinhard Boos da vəzifəsindən istefa verib.

Saksonya daxili işlər naziri Markus Ulbig R.Boosun 1 avqust tarixindən etibarən vəzifəsindən uzaqlaşdırdığını tələb etdiyini deyib. Ulbig Saksonya Əyalətinin Konstitusiyanı Qoruma Təşkilatındakı bəzi işçilərin açıq-aşkar səhv davranışlarının olduğunu qeyd edib. Əməkdaşlar haqqında bununla bağlı ciddi tədbirlərin görüldüyü bildirilib.