Dünya və Argentina futbolunun canlı əfsanəsi Dieqo Maradona baş məşqçisi olduğu Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Vəsl" klubundakı işindən uzaqlaşdırılıb. Buna səbəb komandanın ölkə çempionatındakı uğursuz çıxışıdır.
Qeyd edək ki, Maradona sözügedən klubla ötən ilin mayında iki illik müqavilə imzalamışdı.
Onu da deyək ki, bu il iyunun ortalarında "Əl-Vəsl"in direktorlar şurası da istefa ilə üzləşmişdi.