Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Azərbaycan kinosunu festivalda rejissor Arzu Urşanın \"Salnamə\" studiyasında çəkdiyi \"Top həm düşər, həm qalxar\" filmi təmsil edib. Sözügedən film münsiflər heyətinin qərarı ilə festivalın \"Ən yaxşı sənədli film\" nominasiyasında I yerə layiq görülüb. Festivalın bağlanış mərasimində mükafat Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin müdiri Cahangir Məmmədova təqdim olunub.