RLS-dən imtina Rusiya üçün problemlər yarada bilər
Qəbələ Radiolokasiya Stansiyası (RLS) Sovet İttifaqının özünü ümumi raket hücumundan müdafiə etmək üçün nəzərdə tutulan stansiyalardan biri olub. Stansiya nə qədər önəmli olsa da Krasnodar vilayətində 2008-ci ildə onu əvəz edəcək növbəti RLS tikilib və yeni texnikalar əsasında qurulub, bu günə qədər də tam gücü ilə işləyir. Məlum məsələdir ki, Qəbələ RLS Rusiya üçün bir çox işlərdə lazımlıdır. Məsələn, Rusiya-ABŞ, Rusiya-NATO münasibətlərində, danışıqların aparılmasında Qəbələ RLS çox önəmli rol oynayır. Lakin stansiyanın icarə müddətinin bitməsinə çox az bir müddət qalsa da Azərbaycanla Rusiya arasında icarə qiyməti ilə bağlı konkret razılaşma əldə olunmayıb.
Qiymət eyni olsaydı, o zaman danışıqlar aparılmazdı
Xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, Qəbələ RLS-lə bağlı Azərbaycanla Rusiya arasında danışıqlar davam edir və ümid edirik ki, proses ilin sonuna kimi başa çatacaq. Azərbaycanın Qəbələ RLS üçün Qazaxıstanda yerləşən "Baykonur" Kosmodromunun icarə haqqından da artıq vəsait tələb etməsi barədə məlumatlara münasibət açıqlayan XİN rəhbəri bunun fərqli məsələlər olduğunu deyib: "Bunlar ayrı-ayrı məsələlərdir və eyni qiymətə malik deyil. Əgər onların qiyməti eyni olsaydı, o zaman danışıqlar da aparılmazdı".
Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov isə bildirib ki, Azərbaycan tərəfi Qəbələ RLS ilə bağlı mövqeyini dəfələrlə ortaya qoyub və istər müəyyənləşdirilmiş rəqəm, istərsə də irəli sürülən təkliflər Azərbaycanın bugünkü siyasi və iqtisadi inkişafını əks etdirir: "Qəbələ RLS-in icarə müddətinin uzadılması ilə bağlı Azərbaycan və Rusiya arasında danışıqlar davam etdirilir, təklif edilən rəqəmlər reallıqlara uyğundur. Lakin Azərbaycan Konstitusiyasında ölkə ərazisində digər dövlətin hərbi bazasının mövcud olmasını qadağan edən maddə mövcuddur".
Komandan etiraf edib
Bununla belə, komandan etiraf edib ki, Qəbələ RLS hələ Rusiyanın maraqlarına cavab verə bilərdi: "Konkret tapşırığı yerinə yetirən istənilən obyektə yəqin ki, tələbat olardı".
Xəzər Əməkdaşlıq İnstitutunun baş direktoru Sergey Mixeyev isə deyib ki, Rusiyanın Qəbələ RLS-dən mümkün imtinası nə Moskva, nə də Bakının xeyrinə olacaq: "Rusiyanın Qəbələ RLS-dən getməsi tərəflərin heç birinə faydalı deyil. Bundan ancaq üçüncü ölkələr udacaq. Qəbələ RLS-dən imtina Rusiya üçün müvəqqəti problemlər yarada bilər, amma maddi vəsait hesabına bu problemlər həll ediləcək".
Maraqlarımıza cavab vermir
Ekspertlər düşünür ki, Rusiyanın icarəsində olan Qəbələ RLS-nin Azərbaycanda yerləşməsi ölkənin hərbi-siyasi maraqlarına uyğun deyil. Rusiya Ermənistanla sıx hərbi-siyasi-istisadi əlaqələrə malikdir. Xüsusilə də bu iki ölkə arasında 102 saylı hərbi baza, KTMT çərçivəsində və ikitərəfli hərbi müttəfiqlik sazişi mövcuddur. Belə durumda olan bir ölkəyə stansiyanın verilməsi düzgün deyil.
Qəbələ RLS-in mövcudluğu Azərbaycanın NATO-ya inteqrasiya siyasətinə uyğun deyil. Çünki Qəbələ RLS-ə Rusiyanın anti-NATO Raket Əleyhinə Müdafiə Sisteminin tərkib hissəsi kimi baxılır. Belə olanda elə çıxır ki, Azərbaycan ərazisi NATO-ya qarşı istifadə olunur. Bu durum onu deməyə əsas verir ki, Azərbaycan özünə dost olan ölkələrlə bir yerdə deyil, əks cəbhədə yer alıb. Azərbaycanın təbii müttəfiqi Türkiyə, Pakistan və ABŞ-dır.
Azərbaycan müharibə vəziyyətindədir. Belə bir dövrdə real kəşfiyyat mexanizminin ərazimizdə yerləşməsi, hərbi-texniki baxımdan maraqlarımıza cavab vermir.
Ziyanı xeyrindən daha çoxdur