Əziz Yıldırım 6 il 3 ay şərti cəza ilə azadlığa buraxıldı!

2 İyul 2012 15:04 (UTC+04:00)
Türkiyə futbolundakı danışılmış oyunlarla bağlı məhkəmə qərarları bu gün açıqlanıb. Siasport.az saytı xəbər verir ki, "Fənərbaxça" futbol klubunun həbsdə olan prezidenti Əziz Yıldırım azadlığa buraxılıb. Məhkəmə "Fənərbaxça" Prezidentinə, 6 il 3 ay şərti cəza və 1 milyon türk lirəsi məbləğində cərimə kəsib. Ə.Yıldırımla yanaşı, klubun I vitse-prezidenti İlhan Ekşioğlu, Olqun Peker və Yusuf Turanlı da azadlığa buraxılanlar sırasında olub. Məhkəmədə çıxış edən "Fənərbaxça" prezidenti qərardan narazı olduğunu deyib və bəraət tələb edib.