Ölkə gənclərinin ictimai-siyasi proseslərdə fəal iştirakını təmin etmək məqsədi ilə Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyi tərəfindən bir neçə irimiqyaslı tədbirlər həyata keçirilib. Bunlarda biri də bölgələrdə keçirilən yay məktəbləri ilə bağlı layihədir. Layihə çərçivəsində bu gün gənclərin bir araya gəldiyi yay məktəbinə start verilib.
SİA-nın yay məktəbində iştirak edən müxbirinin verdiyi məlumata görə, yay məktəbi iki istiqamətdə- Oğuz və Lerik üzrə təşkil edilib. Yay məktəbində həmçinin millət vəkili Sədaqət Vəliyeva, YAP-ın Mir və Muğan zonası üzrə operatoru Ramil Mirzəyev də iştirak edib.
Məlumat üçün bildirək ki, layihəyə 600-dən çox gənc cəlb olunacaq. Burada ölkənin bütün bölgələrindən olan fəal YAP üzvləri iştirak edəcəklər. Onu da qeyd edək ki, Azərbaycanda ilk yay məktəbləri məhz YAP tərəfindən təşkil olunub.
Qeyd edək ki, yay məktəbləri hər biri beş gün olmaqla Qəbələ, Lerik və Oğuz rayonlarında beşulduzlu otellərdə təşkil olunacaq.