SAM-ın əməkdaşı Haagaya rəsmi səfərə yola düşəcək

30 İyun 2012 14:22 (UTC+04:00)

İyulun 2-də Strateji Araşdırmalar Mərkəzinin (SAM) İqtisadiyyatın təhlili və qloballaşma məsələləri şöbəsinin elmi işçisi Gülmira Rzayeva Avropanın ən nüfuzlu beyin mərkəzlərindən biri olan Clingendael-də Mərkəzin Beynəlxalq Enerji proqramı çərçivəsində təşkil olunacaq yüksək səviyyəli qapalı expert görüşündə məruzəçi qismində iştirak etmək üçün Niderlandın Haaga şəhərinə rəsmi səfərə yola düşəcək.

SAM-dan SİA-ya verilən məlumata görə, görüşdə Niderlandın dövlət rəsmilərinin, o cümlədən senatorların və Avropanın tanınmış ekspertlərinin iştirakı nəzərdə tutulub. Azərbaycandan SAM-ın əməkdaşı Gülmira Rzayeva və ARDNŞ-nın vitse prezidentinin müavini Vitaliy Baylarbayov dəvət olunub.

Qeyd edək ki, görüşün məqsədi Xəzər regionunun dünya iqtisadi sisteminə inteqrasiyası və onun dünya bazarının Enerji təhlükəsizliyinə verəcəyi töhfənin keçmiş təcrübəsini və gələcək perspektivlərini müzakirə etməkdir.