Salyan sakinin evindən silah-sursat və narkotik vasitə aşkarlanıb

30 İyun 2012 14:15 (UTC+04:00)
Salyan sakinin evindən silah-sursat və narkotik vasitə aşkarlanıb. SİA-nın Daxili İşlər Nazirliyinin saytına istindən məlumatına görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi və Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Salyan rayon sakini Elşən Qədirovun evinə baxış zamanı 2 ədəd qumbara, 11,83 qram qurudulmuş marixuana, 0,448 qram heroin və dibçəkdə yetişdirilmiş, çəkisi 515 qram olan 10 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.