Yeni Beynəlxalq Gənclər Təşkilatı yaradılıb

30 İyun 2012 12:43 (UTC+04:00)

Azərbaycanda yeni Beynəlxalq Gənclər Təşkilatı yaradılıb. SİA-nın xəbərinə görə, təşkilatı Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının sədri, deputat Fuad Muradov yaradıb. F.Muradov jurnalistlərə verdiyi açıqlama zamanı bildirib ki, Azərbaycan həqiqətlərinin dünyaya təqdim olunmasında yeni beynəlxalq səviyyədə fəaliyyət göstərən təşkilatlara ehtiyac var.

O, yeni yaradılmış \"Böyük İpək Yolu\" Beynəlxalq Gənclər Təşkilatının sədri seçildiyini bildirib. \"Təşkilatın bu yaxınlarda keçirilən toplantısında idarə heyəti seçilib\"- deyə millət vəkili qeyd edib. F.Muradov həmçinin əlavə edib ki, \"Böyük İpək Yolu\" Beynəlxalq Gənclər Təşkilatının katibliyi ilk üç ildə Azərbaycanda olacaq.