Hillari Klintondan yeni rekord - FOTO

30 İyun 2012 12:05 (UTC+04:00)

Latviya Hillari Klintonun ABŞ-nin dövlət katibi kimi rəsmi səfər etdiyi 100-cü ölkə olub. Bununla da Klinton xarici ölkələrə 96 dəfə səfər etmiş Madlen Olbraytın rekordunu yeniləyib.


Məlumata görə, dövlət katibi "PolicyMic" saytında həmin ölkələrə səfərlərinin fotolarını yerləşdirib.


Qeyd edək ki. bu fotoların arasında ABŞ xarici siyasət idarəsi rəhbərinin Azərbaycana səfəri də yer alıb. Adıçəkilən saytda yerləşdirilmiş bəzi şəkilləri diqqətinizə çatdırırıq.