Parlamentlərarası əlaqələr üzrə işçi qrup yaradılıb

29 İyun 2012 12:33 (UTC+04:00)

Azərbaycan Milli Məclisi yaz sessiyasının sonuncu növbədənkənar iclasında Azərbaycan-Kolumbiya parlamentlərarası əlaqələr üzrə işçi qrup yaradılıb. Qeyd edək ki, qrupun rəhbəri Xanlar Fətiyev təyin olunub.

Həmçinin iclasda Azərbaycan-Koreya parlamentlərarası əlaqələr üzrə işçi qrupuna yeni rəhbər təyin olunub. Bu vəzifəyə Malik Həsənov təyin olunub.