Sığorta olunan pensiyaçılara elektron xidmətlər göstəriləcək

29 İyun 2012 12:01 (UTC+04:00)

Bu gün Dövlət Sosial Müdafiə Fondunda (DSMF) sığorta olunan pensiyaçılara elektron xidmətlərin göstərilməsi məsələləri ilə bağlı dəyirmi masa keçirilib. SİA-nın veriyi xəbərə görə, dəyirma masada çıxış edən DSMF-nun sədri Səlim Müslümov bildirib ki, DSMF vətəndaşlara göstərilən elektron xidmətlərin əhatə dairəsini genişləndirir. S. Müslümov qeyd edib ki, prezident İlham Əliyevin "Dövlət orqanlarının elektron xidmətlər göstərilməsinin təşkili sahəsində bəzi tədbir haqqında\" 23 may 2011-ci il tarixli fərmanının icrası ilə əlaqədar olaraq elektron xidmətlərin təşkili məqsədilə DSMF-nun rəsmi internet səhifəsində interaktiv və informatik xidmətlərdən ibarət elektron xidmətlər bölməsi yardılıb və elektron xidmət bölməsində adiyyatı üzrə göstərilən xidmətlərin adı, bu xidmətlərin göstərilməsi üçün tələb olunan sənədlərin dəqiq siyahısı, müvafiq sənədlərin elektron forması yerləşdirilib, şəxslərin bu bölmədə maneəsiz sərbəst istifadəsi təmin edilib. Daha sonra DSMF-nun sədri S.Müslümov bildirib ki, DSMF tərəfindən göstərilən elektron xidmətlərin reystlərdə qeydə alınması məqsədilə xidmətlər üzrə inzibati reqlamentlər hazırlanıb və təsdiq olunub. Səlim Müslümov vurğulayıb ki, elektron xidmətlərin göstərilməsində iştirak edən əməkdaşların elektron imza ilə təmin edilməsi məqsədilə DSMF, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi arasında müqavilə imzalanıb. Fondun əməkdaşlarıının elektron imza ilə təmin edilməsi həyata keçib. S.Müslümov həmçinin bildirib ki, keçirilən tədbirlər nəticəsində DSMF növbəti elektron xidmətnin təsdiqinə başlayıb. Belə ki, "Sığorta olunanlar tərəfindən məlumatların əldə edilməsi" xidmətin nəzərdə tutan müasir məlumatlandırma sistemi hazırlanaraq fondun rəsmi internet informasiya ehtiyatında olmaqla yanaşı "Elektorn hökumət" dövlət informasiya sistemi portalında yerləşdirilib.


Sonda DSMF tərəfindən elektron xidmətlərinin qrafikası jurnalistlərə izah edilib.