Nazir yenə saxta diplomlardan danışdı

29 İyun 2012 11:14 (UTC+04:00)

\"2012-2013-cü tədris ili üçün Azərbaycanda ali və orta ixtisas təhsil müəssisələrinə qəbul planı ötən tədris ilinə nisbətən artırılıb\". SİA-nın xəbərinə görə, təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında bildirib ki, qəbul planında ciddi dəyişiklik yoxdur. Onun sözlərinə görə, bu artım daha çox ehtiyac duyulan ixtisaslar üzrə qeydə alınıb.

Saxta diplomlarla bağlı məsələyə gəlincə, təhsil naziri qeyd edib ki, bununla bağlı araşdırmalar hələ bitməyib və davam edir: "Hər zaman biz bu işlə məşğul olmalıyıq və olacağıq. Yaxın vaxtlarda növbəti dəqiq məlumatlar mətbuata açıqlanacaq. Hələlik bununla bağlı dəqiq məlumatlar yoxdur".