Nazir: “Əldəki 5 barmağın hamısı eyni olmadığı kimi, insanların da…”

28 İyun 2012 21:28 (UTC+04:00)

"Lisey və gimnaziyaların I sinfinə imtahan yolu ilə qəbulun həyata keçirilməsini doğru hesab edirəm. Çünki insanın əlindəki 5 barmağın eyni olmadığı kimi, insanların da müəyyən bilik və bacarıq hədləri var". SİA-nın xəbərinə görə, bunu təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, belə məktəblər yaradılıb ki, ən qabiliyyətli uşaqlar ora qəbul olsunlar və ölkəmizin intelektual potensialını daşıyacaq: "Valideynlər bəzən narahat olurlar. Bu məktəblərə yüksək bal toplayan uşaqlar həmin məktəblərə daxil ourlar. Qazana bilməyənlər paytaxtda olan adi məktəblərdə oxuya bilərlər. Bu yolla yüksək bal toplayan qabiliyyətli uşaqlar həmin təhsil müəssisələrinə qəbul olunacaq. Əgər müəyyən müddətdən sonra onların istedadları üzə çıxarsa, yenidən lisey və gimnaziyalara sənəd verə bilərlər. Təki istedadlı uşaqlar olsun, onlar təhsilə xidmət etsinlər".