Təhsil naziri: “Bu ildən Azərbaycanın orta məktəblərində daha 2 xarici dil keçiləcək\"

28 İyun 2012 21:20 (UTC+04:00)

Gələn tədris ilində əsas yenilik orta məktəblərin V siniflərində yeni milli kurikulumların tətbiqinə başlanılması olacaq. SİA-nın xəbərinə görə, bunu təhsil naziri Misir Mərdanov deyib. O bildirib ki, hazırda Bakıda və regionlarında bununla bağlı hazırlıq işləri aparılır: Bunun özünün çox çətinlikləri olacaq. V siniflərdə dərs deyəcək 40 minə yaxın müəllimləri müasir kurrikulumlar əsasında təlimləndirmişik və şagirdlər təmamilə yeni biliyə yiyələnən müəllimlər görəcəklər.

Dillərin tədrisi ilə bağlı məsələyə gəlincə, təhsil naziri vurğulayıb ki, bu vaxta kimi ölkənin ümumtəhsil müəssisələrində ingilis, rus, fransız, alman dili tədris olunur: "Bu ildən Azərbaycanın orta məktəblərində yapon və italyan dillərinin tədrisinə geniş yer veriləcək. Nazirlik bir neçə məktəbdə italyan dilinin ikinci xarici dil kimi tədris olunmasına çalışacaq. Bir neçə məktəbdə də ingilis və rus dilinin intensiv tədrisinin təşkil proqramını genişləndirəcəyik. Sentyabrın 15-dən sonra bu iş geniş olacaq".

Bundan əlavə, respublikanın 8 bölgəsində instik sinifləri yaradılıb və bu işləri davam etdirəcəyik. Keçən il orta məktəblərin yuxarı siniflərində repetitroluğun qarşısını almaq üçün müəyyən istiqamətlər üzrə tədrisə keçmişdik. Bu il də müvafiq işləri davam etdirəcəyik.