Hulusi Kılıç: \"Türkiyə dövləti öz borcunu bu şəkildə ödədi” - MÜNASİBƏT

28 İyun 2012 19:49 (UTC+04:00)

\"Türkiyə ilə Azərbaycan arasında bağlanmış bu müqavilə Azərbaycan qazının Türkiyə üzərindən Avropaya idxal olunamsına xidmət edir\". SİA-nın xəbərinə görə, bu sözləri Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç TANAP layihəsi ilə bağlı açıqlama verərək bildirib.

Onun sözlərinə görə, bu iki ölkə arasında olan iqtisadi bağlılığı daha da artırdı: \"Biz inanırıq ki, bu layihə Türkiyə və Azərbaycan üçün uğurlu bir layihə olacaq\".

Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın büstünün niyə məhz Türkiyə səfirliyinin qarşısında açılması sualını cavablandıran səfir bildirib ki, o bunu bir borc olaraq yerinə yetirib: "Əgər gələcəkdə Azərbaycan hökuməti istərsə, şəhərin hər hansı bir yernidə Nuru Paşanın büstünü aça bilər. Sadəcə olaraq bu, Türkiyə dövlətinin Nuru Paşa qarşısında olan borcunu bu şəkildə ödəməsidir".

Türkiyənin Azərbaycana təyin olunan yeni səfirinə gəldikdə isə, Hulusi Kılıç qeyd edib ki, yeni səfir təyin olunub, lakin onun Azərbaycana nə vaxt gələcəyi bəlli deyil.


Vüqar Əliyev