Bakıda möhtəşəm buraxılış gecəsi keçirilir

28 İyun 2012 18:30 (UTC+04:00)

Bu gün Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı və "Bakcell" şirkətinin sponsorluğu ilə Bakıda möhtəşəm buraxılış gecəsi keçirilir. SİA-nın xəbərinə görə, Heydər Əliyev adına İdman – Konsert Kompleksində keçirilən gecədə 4 minə yaxın Bakı məzunu iştirak edir. İki hissədən ibarət olan möhtəşəm gecənin birinci - rəsmi hissəsində təhsil naziri Misir Mərdanov, BŞTİ-nin müdiri Nailə Rzaquliyeva və gecəyə dəvət olunan qonaqlar məzunları təbrik edib. Eyni zamanda, Bakı şəhər məktəblərinin bu il qızıl medala layiq görülən 20 məzunu təltif olunub.

İkinci - bədii hissədə yerli və xarici estrada ulduzlarının çıxışlarından ibarət konsert proqramı olacaq.