“Azərbaycan və Türkiyə xarici siyasəti: oxşar və fərqli tərəflər” mövzusunda dəyirmi masa keçiriləcək

28 İyun 2012 18:10 (UTC+04:00)

Sabah Strateji Araşdırmalar Mərkəzində "Azərbaycan və Türkiyə xarici siyasəti: oxşar və fərqli tərəflər" mövzusunda dəyirmi masa keçiriləcək. Mərkəzdən SİA-ya verilən məlumata görə, dəyirmi masada Türkiyənin "Xəzər Strategiya İnstitutu" Mərkəzinin üzvləri, Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov və SAM-ın əməkdaşları iştirak edəcək. Görüş zamanı son dövrdə Yaxın Şərq və Cənubi Qafqazda cərəyan edən hadisələr prizmasında Türkiyə və Azərbaycan maraqlarının oxşar və fərqli cəhətləri ilə bağlı bir sıra suallar ətrafında fikir mübadiləsi aparılacaq və tərəfləri maraqlandıran suallar müzakirə olunacaq.