“Qəbələ”nin növbəti bərabərliyi

28 İyun 2012 14:47 (UTC+04:00)

"Qəbələ"nin 11 yaşa qədər futbolçularından ibarət komandası Portuqaliyada keçirilən IBERCUP-2012 turnirinin qrup mərhələsini uğurla keçib. Siasport.az saytının məlumatına görə, qrupun son oyununda "UC Venesuela" ilə üz-üzə gələn təmsilçimiz, öncəki görüşdə olduğu kimi bu qarşılaşmanı da 3:3 hesabla bərabərə bitirib. Maraqlıdır ki, "Qəbələ"yə xal gətirən qollara ötən matçda – "Loryan"la oyunda olduğu kimi Təbriz İsazadə və İdris İnqilablı imza atıblar. Bundan sonra "Qəbələ" xallarının sayını 5-ə yüksəldib və növbəti mərhələyə vəsiqə əldə edib.

Aygün İlqarqızı