Fatih Terim Militonu "Qalatasaray"a gətirir?
28 İyun 2012 14:39 (UTC+04:00)
İstanbulun "Qalatasaray" futbol klubu,
səs-küylü transfer reallaşdırmağa hazırlaşır. Siasport.az saytı xəbər
verir ki, artıq Türkiyə mətbuatı İstanbul nəhənginə transfer olunacaq
məşhur futbolçunun adını da müzakirəyə çıxarıb. Belə ki, Türkiyənin
nüfuzlu "Milliyet" qəzeti iddia edir ki, baş məşqçi Fatih Terim hazırda
İtaliyanın "İnter" futbol klubunda forma geyən bacarıqlı futbolçu Diyeqo
Militanı transfer etmək üçün onun menecerləri ilə və Milan təmsilçisi
ilə danışıqlar aparır. Türkiyə qəzeti iddia edir ki, F.Terim futbolçunun
özü ilə görüşərək onu "Qalatasaray"a gəlməyə razı sala bilib. Hazırda
iki klub arasında maliyyə məsələsi ilə bağlı danışıqlar aparıldığı
bildirilir.