\"Jiquli\" at arabası ilə toqquşdu

28 İyun 2012 14:16 (UTC+04:00)

Qusar rayonu Aşağı Ləyər kənd yolunun 7-ci kilometrliyində 3 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. SİA-nın Şimal bürosunun verdiyi xəbərə görə, rayon mərkəzindən Aşağı Ləyər kəndi istiqamətində hərəkət edən "VAZ 2104" markalı avtomobillə əks istiqamətdə gedən at arabası toqquşub. Qəzada "Jiquli" markalı avtomaşının sürücüsü 34 yaşlı Qüdrət Qazıxanov və arabanın sərnişini 23 yaşlı Dilbazi Quliyeva xəsarət alaraq xəstəxanaya çatdırılıb.

Qusar rayon Polis Şöbəsindən verilən məlumata əsasən, faktla bağlı istintaq başlanıb, qəzanın hansı şəraitdə və kimin ucbatından baş verməsi təyin olunub, avtotexniki ekspertizanın araşdırmalarından sonra məlum olacağını deyib. İlkin versiyaya görə isə qəza yolun qaranlıq olması səbəbilə baş verib.



Emin Kərimov