Məhəmməd Mursi Əsədin təbrikini qəbul etmədi

28 İyun 2012 06:21 (UTC+04:00)

Misirin yeni seçilən prezidenti Məhəmməd Mursi Suriya prezidenti Bəşər Əsədin seçkinin nəticələri münasibətilə göndərdiyi təbriki qəbul etməyib. Mursi özünün rəsmi internet səhifəsində Əsəd rejiminin suriyalıları təmsil etmədiyini, bu ölkəni Suriya Milli Şurasının təmsil etdiyini vurğulayıb. Saytda təbrikin bu səbəblə qəbul edilmədiyi qeyd edilib.


Qeyd edək ki, Suriya Müsəlman Qardaşlar (İxvanul Müslimin) təşkilatının baş katibi Riyad Şəqfa da Mursini təbrik edib və Misirin yeni rəhbəri bu təbriki qəbul edib.