Rusiya İranın atom silahına yiyələnməsini dəstəkləyir

27 İyun 2012 21:29 (UTC+04:00)

"Rusiya hesab edir ki, İran sülh məqsədləri üçün atom silahını əldə edə bilər və bu, nüvə müharibəsinə gətirib çıxarmaz". Bu bəyanatı RF prezidenti Vladimir Putin Yaxın Şərqə səfəri zamanı verib.


"İran məsələsi sadə deyil. Bütün bunlara baxmayaraq, məsələ danışıqlar yolu ilə həllini tapmalı, problemə İran xalqının atom energetikasından sülh məqsədlərilə istifadə etmək hüquqları çərçivəsindən baxılmalıdır. Bu məqsədlə tətbiq olunan proqram nüvə müharibəsinə gətirməz və kütləvi qırğın silahının yayılmasına təkan ola bilməz", deyə Putin bildirib.


Prezident Əfqanıstan və bəzi digər məsələlərlə əlaqədar Rusiyanın İranla əməkdaşlığını da bir daha etiraf edib.