Gəncədə qızıl oğruları tutuldu - FOTO

27 İyun 2012 19:30 (UTC+04:00)

Gəncədə mənzildən oğurluq edən iki nəfərdən ibarət cinayətkar qrup həbs edilib. Şəhərin Museyib Bağırov küçəsi-73 saylı evdə yaşayan Alıyeva Gülxar Mehdixan qızı hüquq mühafizə orqanı əməkdaşlarına müraciət edərək bildirib ki, onun mənzilindən qızıl zinət əşyaları oğurlanıb. Gəncə şəhər Baş Polis İdarəsindən SİA-nın bölgə müxbirinə bildirilib ki, keçirilən əməliyyatla cinayəti törədən qonşuluqda kirayədə yaşayan Həsənov Fuad Famil oğlu və Mahmudov Nofəl Elxan oğlu saxlanılıb.


İstintaq tədbirləri sübuta yetirib ki, cinayət məhz adıçəkilən şəxslər tərəfindən həyata keçirilib. Fuad Həsənov ifadəsində bildirib ki, qeyri-rəsmi yaşadığı Əminə Axundova adlı qadının maddi ehtiyaclarını qarşılamaq üçün bu əmələ əl atıb. Baxmayaraq ki, Fuad Həsənov evlidir və iki uşaq atasıdır.


Hazırda faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddələri ilə cinayət işi açılıb araşdırma aparılır.


İlham Məmmədov