Çimərlik futbolu üzrə Azərbaycan millisi yoldaşlıq görüşü keçirib

27 İyun 2012 16:59 (UTC+04:00)

Rusiyanın paytaxtı Moskvada təşkil olunan dünya çempionatının seçmə mərhələsinə hazırlıq məqsədilə çimərlik futbolu üzrə Azərbaycan milli komandasının yoldaşlıq görüşü olub. Siasport.az saytının verdiyi xəbərə görə , "Keystone" komandası ilə qarşılaşan millimiz 4:2 hesabı ilə rəqibini məğlubiyyətə uğradıb. Qeyd edək ki, qarşılaşma zamanı millimizin heyətində Elvin Quliyev, Zeynal Zeynalov, Orxan Məmmədov və Comərd Baxşəliyev öz zərbələri ilə fərqləniblər.

Aygün İlqarqızı