Azərbaycanlı müğənni cazibədar rəqqasə ilə birgə -FOTOSESSİYA

27 İyun 2012 14:00 (UTC+04:00)

İstanbulda yaşayan həmyerlimiz, müğənni Seyran İsmayılxanov Almaniyada "Hala seviyorum" adlı mahnısına klip çəkib. Müğənninin rejissoru özü olduğu klipində kubalı modern rəqqasə Maura Moralis oynayıb. SİA-ya açıqlama verən Seyran bildirib ki, Maura ilə o Almaniyanın Düsseldorf şəhərinə balet turnesi zamanı tanış olub. "Ona Şakiranın oxşarı deyirlər. Çünki dünya şöhrətli müğənninin ilk səhnəyə çıxdığı vaxtlara çox bənzəyir"-deyən Seyran qeyd edib ki, Maura gərgin iş qrafikinə baxmayaraq onu üzmədən klipində çəkilməyə razılıq verib.

Yaxın günlərdə klip ekranlara çıxacaq. Hətta Almaniyanın bir neçə telekanalında da yayımlanacaq. Bundan başqa, bu günlərdə müğənninin "Qanadsız mələklər" adlı albomu işıq üzü görüb\".


Monteneqroda iştirak edəcəyi festivaldan sonra Seyran Azərbaycanda albomuna tanıtım edəcək.