Bakıda I “Böyük İpək Yolu” Beynəlxalq Gənclər Konqresi və Festivalına start verilib

27 İyun 2012 11:29 (UTC+04:00)

Bu gündən etibarən gənclər və idman nazirliyinın təşəbbüsü ilə Bakı şəhərində "Böyük İpək Yolu" Beynəlxalq Gənclər Konqresi və Festivalı öz işinə başlayıb. SİA-nın xəbərinə görə, konqresinin rəsmi açılış mərasimi Gülüstan sarayında gerçəkləşir.


25 ölkədən 200-dən artıq gənclərlə iş üzrə dövlət orqanlarının, gənclər

təşkilatlarının rəhbərləri və səlahiyyətli nümayəndələri, eyni zamanda gənc parlament üzvlərinin iştirak edəcəyi konqresdə panel müzakirələri aparılacaq. Panel müzakirələrə- Gənclər siyasəti: təcrübə və əməkdaşlıq imkanları, Sivilizasiyalar və mədəniyyətlər arası dialoq: gənclər arasında tolerantlığın və qarşılıqlı anlaşmanın bir vasitəsi kimi, Beynəlxalq Gənclər Təşkilatının təsis edilməsi, Bakı Deklarasiyasının qəbul edilməsi daxildir. Bununla yanaşı, gənc fotoqrafların və rəssamların sərgisinin və müxtəlif ölkələrdən olan yaradıcı gənclərin iştirakı ilə Qala-konsert də keçiriləcəkdir.


Konqresin keçirilməsində əsas məqsəd tarixi "Böyük İpək Yolu" üstündə

yerləşən ölkə gənclərinin və gənclər sahəsində çalışan qurumların əməkdaşlığı üçün şəraitin yaradılması, müxtəlif qitə, din, dil, mədəniyyət daşıcıyılarının bir birləri ilə sıx əlaqə qurması, gənclər arasında mədəniyyətlərarası dialoqun yaradılmasına və inkişafına töhvə verilməsidir.


Eyni zamanda gənclərlə qarşılıqlı anlaşmanı inkişaf etdirmək, bu sahədə

gənclərin fəaliyyətlərini dəstəkləmək məqsədilə yeni beynəlxalq gənclər platforması olan"Böyük İpək Yolu" Beynəlxalq Gənclər Təşkilatının təsis edilməsi də konqresin əsas istiqamətlərindən biridir.