TQDK magistraturanın ikinci mərhələsinə keçirilən qəbul imtahanının nəticələrini açıqladı

27 İyun 2012 09:28 (UTC+04:00)

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 24-də ali məktəblərin magistraturalarının ikinci mərhələsinə keçirilən qəbul imtahanının nəticələrini açıqlayıb. TQDK-nın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, bakalavarlar imtahanın nəticələri həm komissiyanın rəsmi internet saytından (tqdk.gov.az), həm də iş nömrələrini "7727" nömrəsinə göndərməklə də nəticələrini öyrənə bilərlər.

Bakalavrlar iyunun 27-dən 29-dək ali təhsil müəssisələrinin magistraturalarına qəbul aparılan ixtisaslaşmaların müsabiqəsində iştirak etmək üçün internet vasitəsi ilə ixtisaslaşma seçimini yerinə yetirəcəklər.


Qeyd edək ki, magistraturaya qəbul imtahanının birinci mərhələsi martın 4-də keçirilib. Birinci mərhələdə uğur qazanaraq müsabiqə şərtlərini ödəyən 8529 bakalavr iyunun 24-də keçirilən ikinci mərhələyə buraxılıb.