Sergey Fursenko Vladimir Putinlə görüşdü və istefa verdi

27 İyun 2012 07:11 (UTC+04:00)

Rusiya Futbol Federasiyasının prezidenti Sergey Fursenko iyunun 25-də istefa verib. İstefasının səbəbini açıqlamayan məmur Rusiya yığmasının Avropa Çempionatındakı uğursuz oyuna görə futbol fanatlarından üzr istəyib. Rusiya mətbuatının verdiyi məlumata görə, istefası haqqında qərarını S.Fursenko Vladimir Putinlə görüşündən sonra açıqlayıb. Prezident istefasını qəbul etməklə yanaşı ona yaxşı işinə görə də təşəkkür edib. Putin həmçinin ona UEFA-nın İcraiyyə Komitəsinin üzvü vəzifəsində qalıb işini davam etdirməyi təklif edib.


Xatırladaq ki, S. Fursenko 2010-cu ilin fevralından Rusiya Futbol Federasiyasının prezidentidir. O, Rusiya yığmasının Avro-2012-dən getməsinə öz münasibətini bildirərkən qeyd edib ki, komanda o qədər güclü olmasa da, yaxşı oynayıb. S.Fursenkonun sözlərinə görə, futbol azarkeşləri komandadan başqa oyun gözləyirdilər, buna görə də çox pərişan oldular.


Qeyd edək ki, Yunanıstanla qarşılaşmada 0:1 hesabıyla məğlub olan Rusiya yığması futbol üzrə Avropa çempionatının pley-of mərhələsinə keçə bilməmişdi.