İstanbulda Prezidentlə Baş nazir görüşdü

26 İyun 2012 22:25 (UTC+04:00)

Türkiyədə işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev bu gün Dolmabaxça sarayında Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan ilə görüşüb.

Görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etməsindən məmnunluq ifadə olunub.

Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) layihəsinin Avropanın enerji təhlükəsizliyinə, o cümlədən ölkələrimiz arasında energetika sahəsində əməkdaşlığın genişləndirilməsinə töhfə verəcəyinin vurğulandığı görüşdə Azərbaycan-Türkiyə əlaqələrinin bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə olunub.