Nikita Mixalkov ARKİ-ni təbrik etdi - FOTO

26 İyun 2012 11:24 (UTC+04:00)

Rusiya Federasiyası Kinematoqrafçılar İttifaqının sədri Nikita Mixalkov Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının yaradılması ilə əlaqədar bu quruma təbrik məktubu göndərib.


SİA-nın məlumatına görə, təbrik məktubunda deyilir: "Sizi Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının yaradılması və sədr seçiminiz münasibətilə təbrik edirəm. Son 20 il müddətində Azərbaycan və Rusiya kinematoqrafçılar ittifaqları arasında bütün münasibətlər qırılmışdı, amma bu, bizim günahımızdan deyil. Sizin kino xadimlərinizlə şəxsi münasibətlərlə əlaqələr davam edirdi".


N. Mixalkov bu münasibətlərin bərpa olunmasına ümid etdiyini bildirib və bu münasibətlə yeni qurumun rəhbərliyi Moskvaya dəvət edib.


Qeyd edək ki, ötən həftə Azərbaycanda yeni Kinematoqrafçılar İttifaqı təsis edilib. Xalq artisti Şəfiqə Məmmədova bu qurumun sədri, Cəmil Quliyev isə icraçı katibi seçilib.


\"\"